Azərbaycan,Bakı,Nobel prospekti 15, Az1025
(+994) 55 210 39 04  |  (+994) 55 502 32 46

Karyera

ÖDƏNİŞLİ TƏCRÜBƏ PROQRAMI

#TƏCRÜBƏPROQRAMI

#ÖDƏNİŞLİ

#İNŞAATMÜHƏNDİSLİYİ

 

İnşaat şirkəti inşaat mühəndisiliyi sahəsində bakalavr dərəcəsini bitirərək diplom almış və inşaat mühəndisliyi sahəsində karyera qurmaq istəyən məzunları ÖDƏNİŞLİ TƏCRÜBƏ PROQRAMINA dəvət edir.

 

Digər məlumatlarla bərabər, CV-də aşağıdakı məlumatlar da qeyd olunsun:

  • ali məktəbə daxil olarkan topladığınız bal;
  • diplom işinin mövzusu;
  • inşaat mühəndisliyi sahəsində keçdiyiniz ixtisas fənnləri.

 

Tələblər:

 

  • İnşaat Mühəndisi diplomu (bakalavr dərəcəsi);
  • Şifahi və yazılı Azərbaycan dilini mükəmməl bilməli;
  • Kompüter bilikləri; MS Office-i (World, Excel) normal bilməli. MS Project AutoCAD, ArchiCAD proqramlarını bilmək əlavə üstünlükdür;

 

Aşağıdakı NƏZƏRİ BİLİK, BACARIQ VƏ XÜSUSİYYƏTLƏR namizəd üçün ƏLAVƏ ÜSTÜNLÜKDÜR:

 

  • Layihəçəkmə və planlaşdırma;
  • Analitik və deduktiv düşüncə;
  • Fiziki dözümlülük və akrofobiyanın (yüksəklik qorxusu) olmaması;
  • Məkan təsəvvürünə malik olma;
  • Dəqiqlik və detallara diqqət yetirmək;
  • Tikinti, təmir və quraşdırma işlərinin normaları, onların təhvil olunmasına dair texniki reqlamentlər, təhlükəsizlik qaydaları, habelə texniki şərtlər;
  • Materialların xüsusiyyətləri və keyfiyyətlərinə dair nəzəri biliklər;
  • Tikinti sahəsində qabaqçıl təcrübə, müasir metodlar və alətlərdən istifadə, habelə tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət.

 

Maraqlanan məzunlar CV-lərini tikinti.qrupu21@gmail.com e-ünvanına göndərə bilərlər. E-ünvanın mövzu hissəsində “TƏCRÜBƏÇİ İNŞAAT MÜHƏNDİSİ” qeyd etməyiniz xahiş olunur.

Təcrübə proqramının qalibləri müsabiqə vasitəsi ilə seçiləcəklər.

 

Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsabiqəyə dəvət olunacaqlar.