Azərbaycan,Bakı,Nobel prospekti 15, Az1025
(+994) 55 210 39 04  |  (+994) 55 502 32 46

Karyera

İnşaat İşləri üzrə Layihə Meneceri

Azea logo AZEA Group MMC inşaat şirkəti haqqında ətraflı məlumatı www.azea.az saytından əldə edə bilərsiniz.

 

HÖRMƏTLİ NAMİZƏD BU VAKANSİYA ÜÇÜN CV GÖNDƏRMƏKDƏN ƏVVƏL ELANI DİQQƏTLƏ VƏ SONA KİMİ OXUMANIZI XAHİŞ EDİRİK. YALNIZ TAM ƏMİN OLDUĞUNUZ HALDA CV GÖNDƏRİN.

 

CV-nizi (yalnız foto ilə və Azərbaycan dilində) və TƏHVİL VERDİYİNİZ LAYİHƏLƏRİN SİYAHISINI hr@azea.az e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (İnşaat İşləri üzrə Layihə Meneceri) qeyd etməyinizi xahiş edirik.

 

Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibələrə dəvət olunacaqlar.

 

VƏZİFƏNİN ADI:                       İnşaat İşləri üzrə Layihə Meneceri

ƏMƏK HAQQI:                          1000 AZN ((net), namizədin təcrübəsindən asılı olaraq);

HESABAT VERİR:                     Baş direktora;

MƏHSUL VƏ XİDMƏTLƏR:       Fərdi evlərin, inzibati binaların, villaların, ticarət və istehsalat təyinatlı obyeklərin, hovuz, landşaft, interyer eksteryer və layihələrilməsi (dizayn), tikintisi və təmiri.

 

Uğurlu namizəd hansı vəzifələri icra edəcək:

 

  • Fərdi evlərin, inzibati binaların, villaların, ticarət və istehsalat təyinatlı obyeklərin inşaası və təmirinin layihələndirilməsi;
  • Təsdiqlənmiş layihələrin layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi;
  • İcra olunan inşaat layihələrini nəzarətdə saxlamaq (istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş materialların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi);
  • Layihə üzrə tikinti prosesləri planının, iş qrafikinin və ümumi iş həcminin müəyyən olunması, layihə zamanı iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin tərtib olunması;
  • Layihələrin təqvim planı üzrə icrası, vaxtında və keyfiyyətlə tamamlanması və təhvil verilməsinə görə cavabdehlik daşıması;
  • Layihənin bütün hissələrinin biri-biri ilə və müvafiq sənədlərlə əlaqəsinin təmin edilməsi;
  • Tikinti və quraşdırma standartları və spesifikasiyaların tələblərinə uyğun layihələndirilmə üçün ilkin məlumatları hazırlamaq, layihə-smeta sənədlərini və tapşırıqları tərtib etmək, layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək, müvafiq inşaat hesabatların və cədvəllərini tərtib etmək;
  • Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflər hazırlamaq;
  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək və baş direktora təsdiq üçün təqdim etmək;
  • Layihə-smeta sənədlərinin vaxtında təqdim edilməsini təmin etmək;
  • Layihədəki büdcə risklərini təhlil etmək;
  • Sahələrdə icra olunan tikinti və təmir layihələrinə dair aylıq hesabatların (Forma 2, Forma 3, məxaric təhlili) layihəyə uyğun müəyyənləşdirərək hazırlamaq və baş direktora təsdiq üçün təqdim etmək;
  • Sahələrdə tabeçiliyində olan iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
  • Sahələrdə icra olunan və/ və ya icra olunmuş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı şirkətlərin və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
  • İnşaat layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
  • Başa çatmış inşaat layihələrin təhvil-təslimində iştirak etmək;
  • Bütün layihələrin yoxlanılması, layihələrdəki yanlışlıqların aradadn qaldırılması və prosesin idarə edilməsi.

 

Biz kimi axtarırıq:

 

  • İnşaat mühəndisliyi üzrə ali təhsil;
  • Layihələrin idarə olunması üzrə sertifikatlar;
  • İnşaat layihələrinin icrası üzrə, inşaat mühəndisi və ya inşaat sektorunda rəhbər vəzifədə ən azı 5 illik iş təcrübəsinə malik olmalı;
  • Azərbaycan vətəndaşı olmalı;
  • Dil biliyi: Azərbaycan dilini (yazmaq, oxumaq, danışmaq, anlamaq) yüksək səviyyədə bilməli. Rus və ingilis dilləri namizəd üçün əlavə üstünlükdür.
  • İT biliklər: MS ofice (Project, Outlook, Word, Excell), proqramlarında işləmə bacarığı. Digər proqramlar namizəd üçün üstünlükdür: 3Dmax, AutoCAD, PrimaVera, Smeta;
  • Yaş: 30-55.

 

Bilməlidir:

 

  • Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydaları;
  • Tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid dövlət qurumlarının qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları;
  • Layihələndirmənin metodlarını, layihə işlərinin təşkili və planlaşdırılmasını;
  • İşlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri;
  • Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsində yerli təbii, iqtisadi, sosial və digər şərtləri
  • tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər materialları;
  • Layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını;
  • Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni;
  • Dəmir beton layihələndirmə və detalları mükəmməl bilməli.

 

Peşəkar və şəxsi keyfiyyətlər:

 

  • Ciddi, səbirli, korporativ görünüşlü və komandada işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
  • Gərgin iş şəraitinə və qrafikinə uyğunlaşmalı;
  • Nəticəyə istiqamətlənmiş, dinamik, enerjeli, aktiv, əlaqə qurmaq və inandırma qabiliyyətinə malik olmalı;
  • Yüksək ünsiyyət qurmağı və danışıqlar aparmağı bacaran, işgüzar, səlist və aydın nitq qabiliyyəti və özünü ifadə etmək bacarığına malik olmalı;
  • Davamlı olaraq məqsəd və hədəflərə çatmaq üçün çalışmaq bacarığı;
  • Analitik düşüncə, problemləri həll etmək və maneələri dəf etmək bacarığına malik olmalı;
  • İşi planlamaq bacarığına malik olmalı;
  • Aktiv dinləmə və fikrini izah etmək qabliyyətinə malik olmalı;
  • Təşəbbüskar qərar qəbul etmə bacarığı və stressə davamlı olmalı.

 

Biz Sizə hansı iş şəraitini təklif edirik:

 

  • İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
  • Korporativ mobil nömrə və danışıq vaxtı;
  • Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
  • İş qrafiki: Həftə içi 6 gün (bazar günü istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
  • İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi, 9-cu mərtəbə.